Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi “Heydər Əliyev və Azərbaycanda davamlı inkişafın təmin edilməsində maliyyə siyasətinin rolu” mövzusunda beynəlxalq konfrans keçirib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, ulu öndərin adını daşıyan muzeylə tanış olublar.

Naxçıvan Biznes Mərkəzində davam edən tədbirdə ulu öndər Heydər Əliyevin, şəhidlərimizin və qardaş Türkiyə Respublikasında zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Həsən İsmayılov bildirib ki, Azərbaycanın inkişaf edən iqtisadiyyat modelinin formalaşdırılması və maliyyə sabitliyinin təmin edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Maliyyə sisteminin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, milli iqtisadiyyatın inkişafına dair strategiyalar bu gün uğurla yerinə yetirilir.

Qeyd olunub ki, bu gün yüksələn xətlə inkişaf edən modern Azərbaycan iqtisadiyyatı sağlam zəmin üzərində yaradılıb və uğurlu nəticələr verir. Məhz ulu öndərin təməlini qoyduğu güclü sosial-iqtisadi baza bu gün Azərbaycan xalqının yüksək rifahına, onun parlaq gələcəyinə xidmət edir.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova “Ümummilli lider Heydər Əliyev tərəfindən tənzimlənən maliyyə siyasəti yüksəliş yolumuzun uğurlu təməlidir” mövzusunda çıxış edib.

Tədbirə onlayn qoşulan Azərbaycan İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Mübariz Bağırov “Heydər Əliyev və investisiya strategiyasının müasir nəticələri”, İstanbul Universitetinin professoru Haluk Tanrıverdi “Azərbaycan-Türkiyə iqtisadi və maliyyə əlaqələrinin inkişafında Heydər Əliyevin rolu” mövzularında danışıblar.

Nazirliyin əməkdaşı İbrahim Vəliyev çıxışında muxtar respublikada əldə olunan uğurların ulu öndər Heydər Əliyevin iqtisadi strategiyası ilə bağlı olduğunu diqqətə çatdırıb.

Sonda ümummilli liderin xatirəsinə həsr olunan videoçarx nümayiş olunub.

admin

Related Posts