Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Baş nazir hərbi qulluqçuların icbari narkoloji müayinədən keçirilməsi ilə bağlı qərar imzalayıb

Baş nazir hərbi qulluqçuların icbari narkoloji müayinədən keçirilməsi ilə bağlı qərar imzalayıb

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Baş nazir Əli Əsədov hərbi qulluqçuların icbari narkoloji müayinədən keçirilməsi ilə bağlı qərar imzalayıb. Həmin qərarla “Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə” dəyişiklik edilib.

Qərara əsasən, “Narkoloji xidmət və nəzarət haqqında” qanunun 24.4-cü maddəsinə uyğun olaraq müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçiriləcəklər.

admin

Related Posts