Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sədərəkdə ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

Sədərəkdə ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Sədərəkdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva xalqımızın böyük oğlu Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışıb. Bildirib ki, ulu öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir.

Vurğulayıb ki, ulu öndər Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarıb. Elə bunun nəticəsidir ki, bu gün düşmənlə üzbəüz yaşayan Sədərək rayonu da günbəgün inkişaf edir, gələcəyə inamla addımlayır. Vurğulayıb ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bu gün onun siyasi varisi, ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsi bizim xoşbəxt və firavan gələcəyimizi layiqincə təmin edir.

Tədbirdə digər çıxış edənlər də bildiriblər ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi tariximizin yaddaşına həkk olunub.

Tədbirin sonunda dahi şəxsiyyətə həsr olunmuş film nümayiş etdirilib.

admin

Related Posts