Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda Xarıbülbül əkilir

Naxçıvanda Xarıbülbül əkilir

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyində, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda, Culfa rayonunun uyğun bölgələrində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Batabat yaylağında Xarıbülbül bitkisinin elmi-tədiqat işlərinin aparılmasına başlanılıb. Belə ki, sözügedən bitki laboratoriya və sahə təcrübələrinə cəlb olunub.

Muxtar respublikanın florasını zənginləşdirmək məqsədilə gətirilən bitki elmi işçilər tərəfindən mütəmadi olaraq müşahidə altında saxlanılacaq, qeydlər aparılacaq və digər tədbirlər görüləcəkdir.

admin

Related Posts