Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Heydər Əliyev Muzeyinə “muxtar respublika” statusu verilib

Heydər Əliyev Muzeyinə “muxtar respublika” statusu verilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə bildirilib ki, Ulu Öndərin zəngin və çoxşaxəli irsinin öyrənilib təbliğ edilməsindəki aktiv rolunu, zəngin fond eksponatlarını, müxtəlif səciyyəli elmi konfransların, seminarların, interaktiv dərslərin, görüşlərin təşkil edilib keçirildiyini və muxtar respublikanın həyatında müstəsna rolunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 10 may 2023-cü il tarixli Qərarı ilə Heydər Əliyev muzeyinə “muxtar respublika” statusu verilib.

Qeyd edək ki, Heydər Əliyev muzeyinə “muxtar respublika” statusunun verilməsinə görə muzey əməkdaşlarının aylıq vəzifə maaşlarına müəyyən məbləğdə əlavələr ödəniləcəkdir.

admin

Related Posts