Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda bank əməkdaşları arasında keçirilən minifutbol turniri baça çatıb

Naxçıvanda bank əməkdaşları arasında keçirilən minifutbol turniri baça çatıb

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən regionda fəaliyyət göstərən banklar arasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinin final mərhələsi keçirilib.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvanbank” ASC və “Bank Respublika” ASC-nin Naxçıvan filialının komandaları arasında baş tutan final oyunu gərgin mübarizə şəraitində keçib. Görüş “Bank Respublika” kollektivinin qələbəsi ilə başa çatıb.

Mükafatlandırma mərasimində Azərbaycan Respublikası Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin sədri Elçin Əliyev və Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı qalib komanda üzvlərinə kubok və diplomlar təqdim ediblər.

Qeyd edək ki, 12 komandanın iştirak etdiyi turnirdə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin komandası ilə yanaşı, muxtar respublikada fəaliyyət göstərən bank, sığorta və digər kredit təşkilatlarının komandaları da mübarizə aparıblar.

admin

Related Posts