Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Lətifə Soyuöz:”O müğənnilərdən soruşun ki, niyə özünüzü Lətifəyə oxşadırsınız?”

Lətifə Soyuöz:”O müğənnilərdən soruşun ki, niyə özünüzü Lətifəyə oxşadırsınız?”

Müğənni Lətifə Soyuöz bir çox sənət adamının onu təkrarladığını deyib.

Birinci 24 xəbər verir ki, sənətçi bu haqda “Gül kimi şou” verilişində danışıb. Belə ki, aparıcı Cavid Gül Lətifəyə dırnaqlarının uzun olması ilə bağlı sual ünvanlayıb. Bununla bağlı müzakirələrdən yorulduğunu deyən ifaçı belə cavab verib:

“Bundan sonra başqa müğənnilərə sual verin ki, nə yaxşı hamınız Lətifə Söyuöz kimi dırnaq uzatmağa və eyni formanı etməyə başlamısınız? Məndən sonra çoxları başlayıb bu cür uzun dırnaq etməyə. Bu qədər uzun dırnağa öyrəşmişəm. Sınarsa, narahat oluram. Bütün işimi də bu dırnaqla rahat görürəm”.

Xeyli çəki atan Lətifə ciddi pəhriz saxladığını bildirib:

“1 ay yarımdır ki, pəhrizdəyəm. Demək olar ki, heç nə yemirəm. Daha çox su içirsən. Bir də hər şey manqalda hazırlanmalıdır”.

admin

Related Posts