Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda rezidenturaya qəbul imtahanı keçirilib

Naxçıvanda rezidenturaya qəbul imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının birinci mərhələsini (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçirib.

Dövlət İmtahan Mərkəzinin (DİM) Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədovun Birinci 24 İnformasiya Agentliyinə verdiyi məlumata görə, Naxçıvan şəhərində keçirilən imtahan saat 11:00-da başlayıb və 2 saat 30 dəqiqə davam edib.

İmtahan Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə 7 zalda keçirilib. İmtahanın keçirilməsində 1 imtahan rəhbəri və 8 nəzarətçi cəlb olunub, 79 namizəd iştirak edib.

admin

Related Posts