Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Dövlət Milli Dram Teatrında “Cibimizdəki dəlilik” tamaşası təqdim olunub

Naxçıvan Dövlət Milli Dram Teatrında “Cibimizdəki dəlilik” tamaşası təqdim olunub

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, mayın 12-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində türkiyəli yazıçı Mehmet Ümit Görgülünün psixoloji dram janrında olan “Cibimizdəki dəlilik” əsəri əsasında səhnələşdirilən tamaşa təqdim edilib.

Tamaşanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Birinci Naxçıvan Kitab Sərgisində iştirak edən ziyalılar, Qazaxıstan Respublikasının incəsənət ustaları və ictimaiyyət nümayəndələri izləyiblər.

Azərbaycan teatr səhnəsində ilk dəfə səhnələşdirilən “Cibimizdəki dəlilik” tamaşasında insanın insana yadlaşması, özündən, öz dəyərlərindən uzaqlaşması acı bir həqiqət kimi öz səhnə həllini tapır. İnsanlığın sevgidən, sədaqətdən, bütün müsbət insani keyfiyyətlərdən yoxsullaşdığının fərqində olan insanlar ya dəli olur, ya da zamanın axarına uyub yaşayırlar.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli uğurlu səhnə həllinə görə və Naxçıvan teatrının 140 illiyi münasibətilə kollektivi təbrik edib.

admin

Related Posts