Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda aqrar innovasiya festivalı keçiriləcək

Naxçıvanda aqrar innovasiya festivalı keçiriləcək

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi bu il Naxçıvanda aqrar innovasiya festivalı keçirəcək.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, bunu nazirliyin sektor müdiri Toğrul Qafarbəyli bildirib.

“Nazirliyin Aqrar İnnovasiyalar Mərkəzi daima regionlarda festivallar keçirir. Bu festivallar aqrar innovasiyaların təbliği və təşviqi, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətindədir. Festivallarda yerli şirkətlər innovativ suvarma texnikaları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri, həmçinin yeni təşəkkül tapmış yüksək məhsuldarlıq göstəricilərinə malik yem bitkiləri kimi innovativ məhsul və texnologiyalar təqdim edir”, – deyə o qeyd edib.

admin

Related Posts