Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Naxçıvan” Universiteti və “LANDAU School” Təhsil Kompleksi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

“Naxçıvan” Universiteti və “LANDAU School” Təhsil Kompleksi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

“LANDAU School” Təhsil Kompleksinin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri Rəşad Tağıyev, Timur Leznik və Rahul D’ Mello “Naxçıvan” Unversitetində olublar.

Bu barədə Birinci 24 İnformasiya Agentliyinə universitetin İctimaiyyətlə əlaqələr və marketinq sektorundan məlumat verilib.

Qonaqlar əvvəlcə universitetin maddi-texniki bazası və ali təhsil ocağının STEAM komandasının fəaliyyəti ilə tanış olub, tələbələr tərəfindən hazırlanan maraqlı şeir və musiqi nömrələrini izləyiblər.

Qonaqları salamlayan “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov universitetin fəaliyyəti, mərkəzləri, beynəlxalq əlaqələri, eləcə də son dövrlərdə aparılan islahatlar barədə ətraflı məlumat verib. Anar Kazımov innovasiya sahəsində qabaqcıl şirkətlərlə universitet arasındakı əməkdaşlıqdan danışıb və bunun tələbələr üçün vacib tərəflərinə toxunub.

Görüşdə “Naxçıvan” Universiteti və “LANDAU School” Təhsil Kompleksi arasında əməkdaşlıq və əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub.

Rektor Anar Kazımov “Naxçıvan” Universitetində bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi üçün mühüm addımların atılacağını vurğulayıb.

Qeyd edək ki, “LANDAU School” cəmi 5 il ərzində 3000-dən çox şagirdin təhsil aldığı Azərbaycanın ən böyük təhsil kompleksidir. Azərbaycanın ilk ACT, eləcə də SAT və IELTS imtahan mərkəzi olan “LANDAU School”, Elm və Təhsil Nazirliyi tərəfindən verilən lisenziyaya, həmçinin beynəlxalq “Pearson” və “Cambridge” lisenziyalarına sahibdir.

admin

Related Posts