Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Bakı azərbaycanlı əsirlər müqabilində bir neçə ermənini qaytara bilər” – Saakyan

“Bakı azərbaycanlı əsirlər müqabilində bir neçə ermənini qaytara bilər” – Saakyan

“Bakı azərbaycanlı əsirlər müqabilində bir neçə ermənini geri qaytara bilər”.

Bunu erməni mediasına  AİHM-də erməni hərbi əsirlərin maraqlarının təmsilçisi Siranuş Saakyan deyib. O bildirib ki, hazırda mübadilə ilə bağlı konkret məlumat yoxdur, lakin gözləntilər və ilkin şərtlər var.

Mayın 14-də Şarl Mişelin iştirakı ilə Brüsseldə keçirilən Ermənistan-Azərbaycan danışıqları zamanı hərbi əsirlərin dəyişdirilməsi və qaytarılması məsələsi müzakirə olunub. Görüşdən sonra Avropa Şurasının rəhbəri bildirib ki, Əliyev və Paşinyan yaxın həftələrdə hər iki tərəfdən daha bir neçə əsiri azad etmək barədə razılığa gəliblər.

“Yenicə azmış və qarşı tərəfə keçmiş əsgərlər sürətləndirilmiş prosedurla azad ediləcəklər”, – Mişel deyib.

Saakyanın sözlərinə görə, Bakı Ermənistanda saxlanılan iki azərbaycanlı hərbçini istənilən yolla geri qaytarılmasında maraqlıdır, ona görə də bunun üçün bir neçə ermənini azad edə bilər.

Editor

Related Posts