Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan və Babək şəhərlərinin məhəllədaxili yolları yenidən qurulur

Naxçıvan və Babək şəhərlərinin məhəllədaxili yolları yenidən qurulur

Naxçıvan və Babək şəhərlərinin bir sıra küçələrində avtomobil yolları müasir tələblər səviyyəsində yenidən qurulur.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, hazırda Naxçıvan şəhərinin Həsən Əliyev küçəsinə və Xətai məhəlləsindəki bir sıra ərazilərə yeni asfalt örtüyü verilir.

Quruculuq işləri Babək şəhərinin Hüseyn Cavid küçəsini də əhatə edir. Hazırda ərazidə yol quruculuğu sürətlə davam etdirilir.

Qeyd edək ki, Babək şəhərindəki təmir edilən yolun ümumi uzunluğu 1 km, eni isə 8 metrdir. Asfaltlama işi ilə yanaşı yolun kənarlarında yeni səkilər salınıb, beton su kanalı çəkilib.

admin

Related Posts