Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda Beynəlxalq Muzeylər Günü qeyd olunub

Naxçıvanda Beynəlxalq Muzeylər Günü qeyd olunub

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasının 1977-ci ildə qəbul etdiyi qərara əsasən, 18 may bütün dünyada “Beynəlxalq Muzeylər Günü” kimi qeyd edilir. Bu münasibətlə Naxçıvanda tədbir keçirilib.

Açıq Səma Altında Muzeydə təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov qeyd edib ki, hazırda muxtar respublikada 1 rəsm qalereyası və 29 müxtəlif profilli muzey fəaliyyət göstərir, muzey fondlarının mütəmadi zənginləşdirilməsi diqqət mərkəzində saxlanılır.

Vurğulanıb ki, 30 illik işğala son qoyub əzəli və əbədi torpaqlarımızı azad etməklə tarixi qələbəyə imza atan Azərbaycan illər boyu mənimsənilib talan edilən mədəni və tarixi irsimizin də özümüzə qaytardı. Tarixi-mədəni irsin, eləcə də muzeylərimizin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan ölkə başçısı İlham Əliyev və Mehriban xanım Əliyevanın qayğısı sayəsində Qarabağda mədəni irsimizin bərpası və mühafizəsi əsas prioritetlərdən biri olub.

sonra Heydər Əliyev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyevin, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Məmməd Əliyevin çıxışları dinlənilib.

Tədbirin sonunda Xan Sarayının ekspozisiyasına baxış olub.

admin

Related Posts