Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bayramov, Lavrov və Mirzoyan arasında Moskvada görüş başa çatdı – Yenilənib

Bayramov, Lavrov və Mirzoyan arasında Moskvada görüş başa çatdı – Yenilənib

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başa çatıb.

Görüş Rusiya Xarici İşlər Nazirliyinin Qəbul Evində baş tutub.

14:21

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.

Nazirlər Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi üzrə danışıqların növbəti raundunu keçirmək üçün Rusiya Xarici İşlər Nazirliyinin Qəbul Evinə gəliblər.

09:20

Bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçiriləcək.

Görüş Rusiyanın xarici işlər naziri Sergey Lavrovun moderatorluğu ilə baş tutacaq.

Editor

Related Posts