Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Tovuzda itkin düşən qızın sevdiyi oğlan danışdı – Yenilənib + Video

Tovuzda itkin düşən qızın sevdiyi oğlan danışdı – Yenilənib + Video

Tovuzda itkin düşən 13 yaşlı qızın sevdiyi oğlan danışıb.

Cəlilabad sakini Azad Ağayev bildirib ki, Ə.Tağıyeva ilə “TikTok” platforması üzərindən tanış olub.

“İlk dəfə “TikTok”da fotomu görüb mənə yazdı. Daha sonra aramızda sevgi münasibəti yarandı. Dəfələrlə mənə deyirdi ki, bizə elçi göndər. Yaşı az olduğundan onun bu təklifini rədd etmişəm. Qızın qaçmağından xəbərim olmayıb. Mesajlarını sübut kimi saxlamışam”, – deyə Azad Ağayev qeyd edib.

18:45

Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

O bildirib ki, rayon sakini Ə.Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar araşdırmalar davam etdirilir.

“Qeyd edim ki, Ə.Tağıyevanın qaçdığı şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. Hazırda müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Faktla bağlı əlavə məlumat veriləcək”, – DİN rəsmisi vurğulayıb.

Editor

Related Posts