Ləğv edilmiş konsertlərinin ətrafında – Yeni qalmaqal

Ləğv edilmiş konsertlərinin ətrafında – Yeni qalmaqal

Azərbaycanəsilli qazaxıstanlı reper Jah Khalibin (Bəxtiyar Məmmədov) bu ilin aprelində ləğv edilmiş Rusiya konsertlərinin ətrafında yeni qalmaqal alovlanıb.

Sənətçinin pərəstişkarları baş tutmayan konsertlərin biletlərinin pulunu geri ala bilmirlər.

Onlar məsələ ilə bağlı şablon məktublar almaqdan şikayət edir, bilet aqreqatorları isə biletlərin pulunu geri qaytarmağa razı olmayan təşkilatçıların sözlərini əsas gətirir. Bəzi pərəstişkarlar isə həmin pulu geri ala bilməyəcəkləri ilə artıq barışıblar.

Qeyd edək ki, Jah Khalib konsertlərinə biletlərin qiyməti 4000 rubldan (85 manatdan bir qədər çox-red.) başlayırdı.

Xatırladaq ki, bir müddət əvvəl Dövlət Dumasının deputatı Yana Lantratova azərbaycanəsilli qazaxıstanlı reper Jah Khalibi (Bəxtiyar Məmmədov) Ukrayna Silahlı Qüvvələrini açıq şəkildə dəstəkləməkdə ittiham edib və Rusiya Baş Prokurorluğuna müraciət edərək Moskva və Sankt-Peterburqda keçirilməsi planlaşdırılan konsertlərinin ləğvini xahiş edib. Bundan sonra konsertlər ləğv edilib.

Reperin özü də məsələ ilə bağlı açıqlama verib, haqqında yazılanları yalanlayıb.

Editor

Related Posts