Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıdan gələn həkim briqadası Naxçıvanda ödənişsiz tibbi aksiya keçirəcək

Bakıdan gələn həkim briqadası Naxçıvanda ödənişsiz tibbi aksiya keçirəcək

Məlhəm Beynəlxalq Hospitalın yüksəkixtisaslı həkim briqadası “Sevgi ən böyük məlhəmdir” şüarı altında Naxçıvanda ödənişsiz tibbi aksiya keçirəcək.

Bu barədə Birinci 24 İnformasiya Agentliyinə Naxçıvan Səhiyyə Nazirliyindən bildirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Məlhəm Beynəlxalq Hospitalın birgə təşkilatçılığı ilə Naxçıvan Diaqnostika Müalicə Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Sevgi ən böyük məlhəmdir” şüarı altında tibbi aksiya keçiriləcək.

25, 26, 27 may tarixlərində baş tutacaq aksiya çərçivəsində Məlhəm Beynəlxalq Hospitalın 9 yüksəkixtisaslı həkim heyəti – oftalmoloq-cərrahlar, tibb üzrə elmlər doktoru Aytən Sultanova və tibb üzrə fəlsəfə doktoru Leyla Qəhrəmanova, kardioloqlar uzman-cərrah Anar Həmidov və Mehriban İskəndərova, endokrinoloq Gülhar Əliyeva, uroloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Məmmədov, travmatoloq, uzman-cərrah Cavid Cəfərov, neyrocərrah, uzman-cərrah Teyyub Həsənov və daxili xəstəliklər uzmanı Sinaxanım Hüseynzadə muxtar respublika əhalisinə oftalmologiya, kardiologiya, endokrinologiya, urologiya, travmatologiya, neyrocərrahiyyə və daxili xəstəliklər üzrə ödənişsiz tibbi xidmət göstərəcək, tibbin müxtəlif istiqamətləri üzrə müayinə və müalicələr həyata keçirəcəklər.

admin

Related Posts