Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda Qadın İnkişaf və Müəssisə qrupları yaradılacaq

Naxçıvanda Qadın İnkişaf və Müəssisə qrupları yaradılacaq

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvanda Qadın İnkişaf və Müəssisə” qrupları yaradılacaq. Bunu Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova Naxçıvan Muxtar Respublikasına səfəri zamanı bildirib.

Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, ümummilli liderin xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Heydər Əliyev Muzeyinə baxış olub.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində görüş keçirilib. Komitənin sədri Ramilə Seyidova qeyd edib ki, kənd təsərrüfatı sahəsi üzrə qadınların məşğulluğunun təmin olunmasında komitə olduqca maraqlıdır. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyasının birgə təşkilatçılığı ilə 2019-2022-ci illər ərzində 4 layihə icra olunub, 200-ə yaxın qadına sərmayə kapitalı verilib. Sərmayə alan qadınların 70 faizdən çoxu öz biznesini kənd təsərrüfatı sahəsi üzrə qurub.

Ramilə Seyidova bildirib ki, ötən günlərdə Bakı Ekspo Mərkəzində keçirilən XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgilərində naxçıvanlı qadınların da istehsal etdiyi məhsullar nümayiş etdirilib və onların təqdim etdiyi orqanik məhsullara maraq böyük olub.

Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova qurumun fəaliyyəti, yaradılan Qadın İnkişaf və Müəssisə qrupları haqqında məlumat verib, Naxçıvanda da bu sahədə mühüm işlərin görüləcəyini bildirib.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.

admin

Related Posts