Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Beynəlxalq gənclər təşkilatının Naxçıvan nümayəndəliyi yaradılıb

Beynəlxalq gənclər təşkilatının Naxçıvan nümayəndəliyi yaradılıb

Bakıda Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) Azərbaycan nümayəndəliyinin VII Milli Şura Toplantısı keçirilib.

Toplantıda qəbul olunan qərarlardan biri də ELSA Naxçıvanın yaradılması ilə bağlı olub. Ümumi qərara əsasən sözügedən təşkilatın Naxçıvan nümayəndəliyi yaradılıb və Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının 8 tələbəsindən ibarət idarə heyəti təsdiq olunub.

Qeyd edək ki, ELSA dünyanın ən böyük hüquqşünas tələbələri təşkilatıdır. ELSA Avropanın 42 ölkəsinin, 210 universitetindən olan 35 mindən çox hüquqşünas tələbəni və gənc hüquqşünası özündə birləşdirir. Təşkilatın yaradılmasında və hazırkı fəaliyyətində əsas məqsəd Avropanın müxtəlif ölkələrindən olan gəncləri eyni təşkilatda birləşdirməklə onlar arasında mənəvi-əxlaqi inteqrasiyaya, elmi biliklərin paylaşılmasına nail olmaqdan, beynəlxalq konfranslar, təlimlər, simulyasiya məhkəməsinin keçirilməsi yolu ilə hüquqşünas tələbələrin nəzəri biliklərinin praktiki tətbiqinə şərait yaratmaqdan ibarətdir.

admin

Related Posts