Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı interaktiv dərs keçirilib

Naxçıvanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı interaktiv dərs keçirilib

Birinci 24 xəbər verir ki, muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş interaktiv dərs keçirilib.

Naxçıvan şəhər Kimya-Biologiya Təmayüllü Liseydə keçirilən interaktiv dərs zamanı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Türkan Gülməmmədli Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaranması və əhəmiyyəti, uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq və milli qanunvericiliyin tələbləri barədə məlumat verib.

Vurğulanıb ki ölkəmizdə uşaqların hüquqlarının müdafiəsi, onların inkişafı ilə bağlı ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ardıcıl islahatlar həyata keçirilib, dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılıb, zəngin qanunvericilik bazası yaradılıb.

Qeyd edək ki, interaktiv dərs 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən izlənilib.

admin

Related Posts