Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Liv Bona Dea Hospital” Naxçıvanda tibbi aksiya keçirir

“Liv Bona Dea Hospital” Naxçıvanda tibbi aksiya keçirir

Birinci 24 xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və “Liv Bona Dea Hospital”ın birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində keçirilən aksiyada hospitalın yüksəkixtisaslı həkimləri balaca fidanlara ödənişsiz tibbi xidmət göstərir, tibbin müxtəlif istiqamətləri üzrə müayinə və müalicələrini həyata keçirirlər.

Tibbi aksiyada hospitalın uşaq ürək-damar cərrahı, uşaq kardioloqu, pediatr-neonatoloq, uşaq-endokrinoloqu və pediatrlardan ibarət 5 yüksəkixtisaslı həkim heyəti iştirak edir. Aksiya sabah da davam edəcək.

Tibbi aksiyanın qarşıdakı aylarda da davam etdirilməsi nəzərdə tutulub.

admin

Related Posts