Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Əsirlikdə olan hərbçimizin həbs müddəti uzadıldı

Əsirlikdə olan hərbçimizin həbs müddəti uzadıldı

Əlverişsiz hava şəraiti səbəbilə yolu azaraq Ermənistana keçən və əsir götürülən azərbaycanlı hərbçi Hüseyn Axundovun “məhkəməsi” keçirilib.

Məhkəmənin qərarına əsasən H.Axundovun həbs müddəti daha 3 ay müddətinə uzadılıb.

“Məhkəmə” iclası bağlı qapılar arxasında keçirilib.

Xatırladaq ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Editor

Related Posts