Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları təlimdə iştirak edib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları təlimdə iştirak edib

Birinci 24 xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları üçün Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsində təsbit edilən “Azadlıq və Şəxsi Toxunulmazlıq Hüququ” üzrə təlim keçirilib.

Hüquq və İnsan Haqları İnstitutu tərəfindən keçirilən təlimdə Naxçıvan Muxtar Respublikası Daxili İşləri Nazirliyinin İstintaq və Təhqiqat Xidmətinin müstəntiq və təhqiqatçıları iştirak ediblər.

Təlimdə Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə institutun fəaliyyəti və məqsədləri barədə məlumat verib. Vurğulanıb ki, Daxili İşlər orqanlarında Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin “Azadlıq və Şəxsi Toxunulmazlıq Hüququ” barədə maarifləndirmə işinin düzgün təşkili ölkəmizdə aktual və əhəmiyyətli bir məsələdir.

Sonra təlimə start verilib.

İnstitutun eksperti Vəfaddin İbayevin təqdimatında “Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 20 illik baxış bucağında”, “Avropa İnsan Hüquqları Konversiyasının 5-ci maddəsi” mövzularında iştirakçılara ətraflı izah verilib.

İnstitutun İdarə Heyəti sədrinin müavini Natəvan Rüstəmova isə təqdimatında “Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi və dövlətin vəzifələri”, “Azadlıq və toxunuluzmalıq hüququnun məhdudlaşdırılması”, “Avropa İnsan hüquqları Konvensiyasının 5-ci maddəsi üzrə Azərbaycana qarşı çıxarılan qərarlarda ən çox tanınan pozuntular” mövzularında ətraflı məlumat verilib.

Təlim çərçivəsində Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlının aparıcılığı ilə iştirakçılardan ibarət qruplar arasında 5-ci maddə üzrə təhlil işinin aparılması təşkil olunub, qrupların təqdimatları dinlənilib, birgə müzakirələr aparılıb.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

admin

Related Posts