Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Paşinyan XİN başçılarının görüşəcəyi vaxtı və yeri açıqladı

Paşinyan XİN başçılarının görüşəcəyi vaxtı və yeri açıqladı

“Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar gələn həftə Vaşinqtonda baş tutacaq”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Qeyd edək ki, daha əvvəl iyunun 12-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə ABŞ-ın paytaxtı Vaşinqtonda müzakirələr başlayacağı bildirilirdi. Lakin iyunun 7-də Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan mətbuata verdiyi açıqlamada Vaşinqtonda keçirilməsi planlaşdırılan sözügedən müzakirələrin növbəti raundunun Azərbaycan tərəfinin xahişi ilə təxirə salındığını açıqlayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə görüşün tarixlərinin, ümumiyyətlə, təsdiq olunmadığını bildirmiş, Ermənistan XİN-in görüşün Azərbaycan tərəfinin xahişi ilə təxirə salınması iddiasına şərh verməkdən imtina etmişdi.

Editor

Related Posts