Bu gün Bakıda Heydər məscidində “Palmali Holdinq”in prezidenti Mübariz Mənsimovun mərhum atası Qurban Mənsimovun üç mərasimi təşkil olunub.
Mərasimdə şəhid ailələri və qazilər, o cümlədən, iş adamları, incəsənət, idman və ictimaiyyət nümayəndələri iştirak edib.
Bu barədə M.Mənsimovun köməkçisi Fidan Quliyeva Feysbuk profilində paylaşım edib.
O bildirib ki, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də iştrirak edib.
Qurban Mənsimovun 40 mərasimi iyulun 29-da Heydər məscidində təşkil olunacaq.
Qeyd edək ki, Mübariz Mənsimov qüvvədə olan məhkəmə qərarına əsasən, Türkiyəni tərk edə bilmədiyi üçün, mərasimdə iştirak edə bilməyib.


