Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

6-cı Beynəlxalq Muğam Müsabiqəsinin nəticələri açıqlandı 

6-cı Beynəlxalq Muğam Müsabiqəsinin nəticələri açıqlandı 

İyunun 19-da “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsinin qalibləri açıqlanıb.

Xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə təşkil edilən Beynəlxalq Muğam Müsabiqəsinin hər iki kateqoriyasında 1-ci, 2-ci və 3-cü yerlər, eləcə də “Qran Pri” üzrə nəticələr açıqlanıb.

İnstrumental ifaçılıq üzrə 3-cü yerə Cahandar Mikayılov  (Azərbaycan), 2-ci yerə Shoxijohan Yoriev (Özbəkistan), 1-ci yerə Anar Vəlizadə (Azərbaycan), “Qran Pri” üzrə Vaqif Təhməzov (Azərbaycan) layiq görülüb.

Xanəndə ifaçılığı üzrə isə 3-cü yerə Dostmurod Negmurodov (Özbəkistan), 2-ci yerə Daşqın Kürçaylı (Azərbaycan), 1-ci yerə Mirəli Sarızadə (Azərbaycan) , “Qran Pri” üzrə Mohiçehra Şahmurotova (Özbəkistan) layiq görülüb.

Qeyd edək ki, müsabiqənin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Böyük Britaniyadan  tanınmış musiqi nəşri olan “Songlines” jurnalının baş redaktoru Saymon Brotun (Simon Broughton), İraqdan musiqiçi, ud ifaçısı, UNESCO-nun Sülh Artisti Nasir Şamma (Naseer Shamma), Özbəkistandan “Soqdiana” Dövlət Ənənəvi Alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abdurahimova, Türkiyədən Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akat olub.

Müsabiqədə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı iştirak edib. Yarışmanın ikinci turunda Azərbaycanla yanaşı, İran və Özbəkistandan olan ifaçılar çıxış edir.

Festivalın iyunun 25-də Heydər Əliyev Mərkəzində keçiriləcək yekun konsertində qaliblərin mükafatlandırılması olacaq.

Hər iki kateqoriyada 1-ci, 2-ci və 3-cü yerlərə, eləcə də “Qran Pri” üzrə qalib seçilmiş iştirakçılara mükafatlar təqdim ediləcək.

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.

Editor

Related Posts