Müqəddəs Qurban bayramı ilə əlaqədar bu gün səhər ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının məscidlərdə də bayram namazı qılınıb.
Birinci 24 xəbər verir ki, bayram namazı Naxçıvan şəhərindəki Heydər məscid kompleksində və muxtar respublikanın rayon və kənd məscidlərində qılınıb.
Yüzlərlə muxtar respublika sakininin qatıldığı bayram namazında ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi bərəkət arzulanıb.