Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

QMİ-nin sədr müavini: “Həcc ziyarətinə dəfələrlə getməklə bağlı heç bir məhdudiyyət yoxdur”

QMİ-nin sədr müavini: “Həcc ziyarətinə dəfələrlə getməklə bağlı heç bir məhdudiyyət yoxdur”

“Bir şəxsin Həcc ziyarətinə dəfələrlə getməsi ilə bağlı heç bir məhdudiyyət və yaxud da qadağa yoxdur”. 

Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib. 

“Amma biz tövsiyə görərik ki, bir dəfə getdikdən sonra digər Həcc səfərlərinin əvəzinə, maddi ehtiyacı olan şəxslərə yardım edilsin. İndi bəzi insanlar bir neçə dəfə Həcc ziyarətinə getməklə yanaşı, həm də ehtiyacı olan insanlara yardım edirlərsə də, bu da normaldır”, – Fuad Nurullayev əlavə edib. 

Editor

Related Posts