Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Teleqrama da “hekayə” funksiyası gəlir

Teleqrama da “hekayə” funksiyası gəlir

“Telegram” messencerində “hekayə” funksiyası aktivləşəcək.

Bu barədə messencerin təsisçisi Pavel Durov məlumat yayıb.

Durov bildirib ki, ilkin olaraq tərtibatçılar hamı kimi olmamaq üçün bu funksiyanı tətbiq etmək istəməyiblər, lakin istifadəçilərin çoxsaylı müraciətlərini nəzərə alaraq bu funksiyanı aktivləşdirmək qərarına gəliblər.

Qeyd olunur ki, Teleqramdakı “hekayələr” digər sosial şəbəkələrin təklif etdiyi hekayələrdən fərqlənəcək. Belə ki, istifadəçilər 24 saatla məhdudlaşmayaraq özləri 6, 12, 24 və ya 48 saat seçə biləcəklər.

Funksiya iyulun əvvəlində işə salınacaq.

Qeyd edək ki, “hekayə” funksiyası bir çox messencerlərdə və sosial şəbəkələrdə mövcuddur.

Editor

Related Posts