Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bayramov və Mirzoyanın üç mövzuda razılığa gəlmədiyi deyilir

Bayramov və Mirzoyanın üç mövzuda razılığa gəlmədiyi deyilir

Xəbər verdiyimiz kimi, 27-29 iyun 2023-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb.

Birinci 24 xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan “Civic.am” saytına Ermənistan və Azərbaycanın bir sıra əsas məsələlər üzrə mövqelərinin əlavə iş tələb etdiyini bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Vaşinqton danışıqlarında bir sıra məsələlərdə razılığa gəlsələr də, üç əsas məsələdə razılığa gəlməyiblər.

Qeyd edilib ki, bunlar 1975-ci ilin xəritəsinə əsasən demarkasiya və delimitasiya işləridir.

Editor

Related Posts