Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan: Sahibsiz itlər və məişət tullantıları səbri daşırır

Naxçıvan: Sahibsiz itlər və məişət tullantıları səbri daşırır

Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında sahibsiz itlərin çoxalması insanları narahat edir. Bəzi bölgələrdə məişət tullantılarının vaxtında yığılmaması isə narahatlıq yaradan digər məqamdır.

Birinci 24 xəbər verir ki, son vaxtlar Naxçıvan şəhərinin küçələrində sahibsiz itlərin sayı çoxalıb. Bu da sakinlərin ciddi narahatlığına səbəb olur. Televiziyamıza bununla bağlı çoxlu sayda müraciətlər daxil olub. Eləcə də sosial şəbəkələrdə sahibsiz itlərin yaratdığı narazılıqla bağlı onlarla paylaşımlar edilir.

Şəhərdə sahibsiz itlər bəzən insanlara hücum edir, onlar üçün təhlükə yaradırlar. Elə çəkiliş apararkən operatorumuz da itlərin hücumuna məruz qaldı.

Aid qurumlar tərəfindən şəhərimizin təmiz saxlanılması diqqətdə saxlanılsa da, bu tədbirlər heç də şəhərimizin bütün bölgələrini əhatə etmir. Əsasən kənar məhəllələr və şəhərin kəndləri vaxtı-vaxtında yığışdırılmır.

Kadrlardan da göründüyü kimi, bir sıra küçə və məhəllələrdə tullantılar vaxtında yığılmır və ya tullantıların toplanması üçün qutular ayrılmayıb.

Sakinlər qeyd edir ki, sahibsiz itlər insanları, xüsusilə də azyaşlıları narahat edir, həm də məişət tullantılarını ətrafa dağıtmaqla natəmizliyə səbəb olurlar.

Qeyd edək ki, analoji vəziyyət rayon mərkəzləri və kəndlərdə də müşahidə edilir.

Ümid edirik ki, aid qurumlar tərəfindən həm diyarımızın bütün bölgələrinin təmiz saxlanılmasına, həm də sahibsiz itlərin təcrid olunmasına diqqət daha da artırılacaq.

Qeyd edək ki, virus və xəstəlik daşıyıcısı olan sahibsiz heyvanların təcrid edilməsi üçün Naxçıvan şəhərindən kənarda sığınacaq yaradılıb.

admin

Related Posts