Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda “Dəstək” Fondunun Himayəçilik Şurasının ilk iclası keçirilib

Naxçıvanda “Dəstək” Fondunun Himayəçilik Şurasının ilk iclası keçirilib

Birinci 24 xəbər verir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və onun müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin ailələrinə, habelə sağlamlığını itirən şəxslərə dəstəyin göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında yaradılan “Dəstək” fondunun himayəçilik şurasının ilk iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Ceyhun Cəlilov bildirib ki, iclasın gündəliyində “Dəstək” Fondunun bu günə qədərki fəaliyyətinin müzakirəsi, ilkin olaraq təqdimatı, habelə gələcəkdə nəzərdə tutulacaq işlərin təhlili, dəstək fondunun dayanıqlığının yaradılması istiqamətində istər ianələrin cəlb olunması, istərsə də fondun vəsaitlərinin istifadə olunması imkanlarının qiymətləndirilməsi nəzərdə tutulub.

İclasda “Dəstək” Fondunun Himayəçilik Şurasının üzvü, Anar İbrahimov, İsmayıl Hacıyev, Asim Əliyev, Qəzənfər Abdullayev, Aidə Cəlilzadə, Sahil Tahirli çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

İclasda şəffaflığın təmin olunması üçün əhalinin həssas qrupuna fond tərəfindən göstərilən dəstəyin mediada geniş işıqlandırılması, fondun fəaliyyəti barədə videoçarxların, media materiallarının hazırlanması təklif edilib. Həmçinin fondun maliyyə dayanıqlığının gücləndirilməsi məqsədilə ünvanlı müraciət formasından istifadə etmək barədə də fikir mübadiləsi aparılıb.

İclasda həmçinin Fondun ümumi fəaliyyəti ilə bağlı slaytlar vasitəsilə hesabat təqdimatı olub. Himayəçilik şurasının digər üzvlərinin təklifləri dinlənilib, birgə müzakirə və fikir mübadiləsi aparılıb, verilən təkliflər əsasında tədbirlər planıının hazırlanması qərarlaşdırılıb.

admin

Related Posts