Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən bu ilin birinci yarısı ərzində 41 milyon 650 min manat məbləğində gömrük ödənişləri toplanılıb

Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən bu ilin birinci yarısı ərzində 41 milyon 650 min manat məbləğində gömrük ödənişləri toplanılıb

Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 2023-cü ilin birinci yarısı ərzində 41 milyon 650 min manat məbləğində gömrük ödənişləri toplanılıb. Birinci 24 xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində 2023-cü ilin birinci yarısı ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasda bildirilib. Qeyd edilib ki, toplanılmış gömrük ödənişləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 23 milyon 632 min manat və ya 131 faiz artıq olub. 2023-cü ildə dövlət büdcəsinin formalaşdırılması üçün müəyyən olunmuş 53 milyon 278 min manata qarşı cari ilin birinci yarısı ərzində 36 milyon 22 min manat vəsaitin toplanaraq təyinatı üzrə köçürülməsi təmin olunub, illik proqnoz-tapşırıq 67,6 faiz yerinə yetirilib. 2023-cü ilin yanvar-iyun ayları ərzində toplanılmış vəsaitin 5 milyon 628 min manatı isə Naxçıvan Muxtar Respublikasının büdcəsinə köçürülüb. Həmçinin Naxçıvan Baş Gömrük İdarəsi konsiqnasiya yolu ilə ixrac olunan mallardan yaranmış borcun geri qaytarılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirib. Ümumilikdə 8 milyon 976 min ABŞ dolları məbləğində borcun 99,7 faizinin hüquqi və fiziki şəxslərin müvəkkil bankdakı hesablarına köçürülməsi təmin olunub, qalıq borc 24 min 360 ABŞ dolları təşkil edib.

admin

Related Posts