Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sumqayıtda qəzalı binanın sakinləri qorxu içində yaşayırlar

Sumqayıtda qəzalı binanın sakinləri qorxu içində yaşayırlar

Sumqayıt şəhər 16-cı məhəllə ərazisində yerləşən üç saylı yataqxana qəzalı vəziyyətdədir.

Birinci 24 xəbər verir ki, binanın divarları çatlayıb, döşəmə çöküb, tavan isə qopub.

Sakinlərin sözlərinə görə, 50-yə yaxın ailənin yaşadığı yataqxanada vəziyyət dözülməz həddə çatıb. Bina 1945-ci ildə tikilsə də, sonuncu dəfə 1990-cı illərdə təmir edilib.

Yataqxananın ikinci mərtəbəsində yaşayan sakinlər binaya qorxa-qorxa daxil olduqlarını bildiriblər.

Problemlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən yataqxana Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında deyil:

“Bu səbəbdən həmin ünvana xidmət göstərilmir. Vətəndaşların problemlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etmələrini tövsiyə edirik”.

admin

Related Posts