Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Dörd rayonda qaz kəsiləcək

Dörd rayonda qaz kəsiləcək

Avqustun 29-u saat 09:00-dan “Ağsu” ölçü qovşağından qidalanan qaz xətlərində təmir-bərpa işlərinin həyata keçirilməsi, saat 10:00-dan “Qəbələ” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərlərinin və “Qarasu Əhali” ölçü qovşağından qidalanan “Qarasu-Abdulabad” yeraltı qaz kəmərinin kipliyə sınaq olunması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İB-dən bildirilib ki, təmir işləri aparılan müddətdə Ağsu, Qəbələ, Hacıqabul və Sabirabad rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Editor

Related Posts