Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Ömrümü kinoya həsr etməyə dəyərmiş” — Vaqif Mustafayev

“Ömrümü kinoya həsr etməyə dəyərmiş” — Vaqif Mustafayev

“Mən bugünkü tamaşaçı sevgisini görüb bir daha əmin oldum ki, deməli, kinonun içində olmağa, ömrümü kinoya həsr eləməyimə dəyərmiş”.

Birinci 24 xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti, kinorejissor Vaqif Mustafayev 70 illik yubileyi münasibətilə keçirilən gecədə deyib.

“Filmlərimdə Qarabağın azad olunmasına dair ştrixlər hələ 90-cı illərdən olub. Bu gün isə artıq bu məsələ öz həllini tapıb”, – rejissor əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Vaqif Mustafayev mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Editor

Related Posts