Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Araikin yerinə gətirilən 44 yaşlı Şahramanyan kimdir? – Dosye

Araikin yerinə gətirilən 44 yaşlı Şahramanyan kimdir? – Dosye

Bu gün Xankəndidə separatçı rejimin rəhbəri Araik Arutyunyan sabah istefa verəcəyini açıqlayıb.

Birinci 24 Ermənistan KİV-ə istinadən bildirir ki, Araik Arutyunyan “dövlət naziri” Qurgen Nersisyanı vəzifədən azad edib və onun yerinə  “Təhlükəsizlik Şurasının katibi” Samvel Şahramanyanı dövlət naziri təyin edib.

Qeyd edək ki, separatçı rejimdə “dövlət naziri” “prezident” vəzifəsindən sonra 2-ci vəzifə hesab olunur. “Prezident” olmadığı zamanı onun səlahiyyətlərini idarə edir. Sabah Xankəndidəki rejimin “milli assambleyası” bu təyinatı təsdiqləyərsə separatçıların yeni rəhbəri Samvel Şahramanyan olacaq.

Məlumat üçün bildirək ki, Samvel Şahramanyan 1978-ci il dekabrın 1-də Xankəndidə anadan olub.

İrəvanda Qriqor Zohrap Universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsinə daxil olub, 1998-ci ildə Xankəndi Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə keçib və 1999-cu ildə oranı bitirib.

1996-1999-cı illərdə müxtəlif vaxtlarda separatçı rejimin “ordusunda” xidmət edib.

2008-2010-ci illərdə Xankəndidə “vergi xidmətində” əməliyyat-kəşfiyyat idarəsinin rəisi vəzifəsində işləyib.

2010-2013-ci illərdə separatçı rejimin “ədliyyə nazirliyində” işləyib.

2013-cü ildə Xankəndi  “polis şöbəsinin rəisi”, sonra isə “cinayət axtarış idarəsinin” rəisi təyin edilib. 2014-2018-ci illərdə “milli təhlükəsizlik xidmətində” şöbə müdiri olub. 2018-2020-ci illərdə “milli təhlükəsizlik xidmətində” direktor olub.

2018-ci il iyulun 16-da “əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar komissiyanın” sədri təyin edilib.

29 may 2020-ci il tarixində “general-mayor” rütbəsi alıb.

Ermənistan mətbuatı yazır ki, Şahramanyan heç bir siyasi partiyanın üzvü olmasa da separatçıların keçmiş “prezidenti” Bako Saakyanla yaxın mübasibətləri var.

Editor

Related Posts