Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Yeni ödənişli yoldan istifadə şərtləri açıqlandı

Yeni ödənişli yoldan istifadə şərtləri açıqlandı

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunda sürət həddi eyni, ödənişin həcmi isə fərqli olacaq.

Tariflər avtomobilin qət etdiyi məsafəyə görə hesablanacaq.

Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, adıçəkilən yol əvvəlkindən daha qısa, sürətli və rahat olacaq.

Yoldan istifadəyə görə ödəniş isə Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək. Minik və yük avtomobilləri üçün tariflər müxtəlif olacaq.

Qeyd edək ki, xüsusi radar-tərəzilər vasitəsilə əvvəlcədən yük avtomobillərinin parametrləri – çəkisi, normadan artıq yüklənib-yüklənmədiyi müəyyən ediləcək və sistemə ötürüləcək.

Nəticələrdən asılı olaraq həmin nəqliyyat vasitələrinin ödənişli yola buraxılıb-buraxılmayacağı müəyyən ediləcək.

Editor

Related Posts