Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Mərakeşdə güclü zəlzələ olub: yüzlərlə insan ölüb

Mərakeşdə güclü zəlzələ olub: yüzlərlə insan ölüb

Ötən gün Mərakeşdə 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

08:27

Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 300 nəfəri ötüb, 153 şəxs yaralanıb.

Bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Mənbənin sözlərinə görə, həlak olanların 73-ü Mərakeş yaxınlığındakı Əl-Həuz əyalətində yaşayırmış. Zərər çəkmiş ərazilərdə elektrik enerjisi və mobil rabitə ilə bağlı ciddi problemlər yaranıb.

Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.

Editor

Related Posts