Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Ermənistanın uzadılmış sülh əlini tutacağına ümid edirik” – Türkiyə MN

“Ermənistanın uzadılmış sülh əlini tutacağına ümid edirik” – Türkiyə MN

“Hazırda Türk Silahlı Qüvvələri Azərbaycan ordusunun modernləşdirilməsi və təlim fəaliyyətinə, eləcə də Ermənistan işğalından azad edilmiş rayonlarda mina/kustar üsulla hazırlanmış partlayıcı qurğuların axtarışı və məhv edilməsi fəaliyyətlərinə dəstəyini davam etdirir”.

Birinci 24 xəbər verir ki, bu sözləri Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk keçirilən həftəlik ənənəvi brifinqdə deyib.

“Qafqaz regionunun sülh şəraitində gələcəyə doğru möhkəm addımlar atacağına inanır, Ermənistanın uzadılmış sülh əlini tutacağına ümid edir və Azərbaycan ilə Ermənistan arasında daimi sülhün bərqərar olması üçün səmimi səyləri dəstəklədiyimizi bir daha bildiririk.

Kədərdə, sevincdə birləşdiyimiz azərbaycanlı qardaşlarımızı “iki dövlət, bir millət” anlayışı ilə onların haqlı mübarizələrində indiyə qədər etdiyimiz kimi bundan sonra da bütün imkanlarımızla dəstəkləyəcəyik.

Bu münasibətlə sentyabrın 15-də Bakının düşmən işğalından azad edilməsinin 105-ci ildönümünü indidən qeyd edir, Nuri (Killigil) Paşanı və onun komandanlığı altında olan Qafqaz İslam Ordusunun qəhrəman şəhid və qazilərini rəhmət, minnət və ehtiramla yad edirik”, – Zeki Aktürk bildirib.

Editor

Related Posts