Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hindistan Ermənistana 6 “ATAGS” verdi – Daha 84-ü veriləcək

Hindistan Ermənistana 6 “ATAGS” verdi – Daha 84-ü veriləcək

Hindistan Ermənistana 6 ədəd 155 mm çaplı ATAGS haubitsa verib.

Birinci 24 News.am-a istinadla xəbər verir ki, bu barədə “Bharat Forge” müdafiə şirkətinin direktoru Babu Kalyan bildirib.

Hindistan Müdafiə Araşdırmaları Qanadının verdiyi məlumata görə, haubitsalar avqustun əvvəlində gətirilib.

Qeyd olunur ki, bu, Hindistanla imzalanmış iri müqavilə çərçivəsində Ermənistana gələn ilk partiyadır.

“Müdafiə sazişi Ermənistana 155,5 milyon dollar dəyərində 90 ədəd ATAGS tədarükünü nəzərdə tutur”, – məlumatda deyilir.

Bildirilir ki, Ermənistana mərhələli şəkildə daha 84 haubitsa verilməlidir:

“Bharat Forge” Ermənistana artilleriya sistemlərini vaxtından əvvəl çatdırmağı planlaşdırır”.

Editor

Related Posts