Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Yaxın günlərdə Qarabağda erməni qalmayacaq” – Paşinyan

“Yaxın günlərdə Qarabağda erməni qalmayacaq” – Paşinyan

Azərbaycanın apardığı etnik təmizləmə siyasəti nəticəsində Qarabağdan ermənilərin axını davam edir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 28-də hökumətin iclasında deyib.

Onun sözlərinə görə, təhlil göstərir ki, yaxın günlərdə Qarabağda erməni qalmayacaq və “bu, birbaşa etnik təmizləmə və vətəndən məhrumetmə aktıdır, erməni tərəfi beynəlxalq ictimaiyyəti çoxdan bu haqda xəbərdar edirdi”.

“Müxtəlif beynəlxalq iştirakçıların Qarabağda baş verən etnik təmizləməni pisləyən bəyanatları vacibdir, amma onlardan sonra konkret addımlar atılmazsa, bu bəyanatlara sadəcə tarix üçün mənəvi statistikanın yaradılması kimi baxılacaq”, – Paşinyan vurğulayıb.

Editor

Related Posts