Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

İstedadlı qadınların rəsm və əl işlərindən ibarət satış-sərgi davam edir

İstedadlı qadınların rəsm və əl işlərindən ibarət satış-sərgi davam edir

Birinci 24 xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət satış-sərgi davam edir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət satış-sərgi hər il olduğu kimi bu il də çeşid bolluğu və rəngarəngliyi ilə fərqlənir. Sərgidə muxtar respublikamızın istedadlı qadınları qədim xalq sənətlərimizdən olan bir çox nümunələr nümayiş etdirirlər.

Satış-sərgidə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan Müəllimlər İnstitutunun kollektivləri iştirak edib, satışa çıxarılan əl işləri ilə maraqlanıblar. Kollektivlərə sərgi-satış barədə ətraflı məlumat verilib. Bildirilib ki, satış-sərgiyə ümumilikdə 431 müəllifin 10787 adda yaradıcılıq nümunəsi çıxarılıb.

Ziyarətçilər muxtar respublikanın yeraltı və yerüstü sərvətlərindən hazırlanmış sənətkarlıq nümunələrinə maraqla baxıblar.

Qeyd edək ki, sentyabrın 29-dan başlayan satış-sərgi 10 gün davam edəcək.

admin

Related Posts