Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gənc yazıçının ilk qələm əsəri təqdim olunub

Gənc yazıçının ilk qələm əsəri təqdim olunub

Birinci 24 xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi, gənc yazıçı Dilbər Rüstəmovanın Vətən müharibəsi şəhidimizin həyat hekayəsindən bəhs edən kitabının təqdimatı olub.

Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. İnstitutun rektoru Azad Novruzov çıxışında tələbəsinin bu nailiyyətini yüksək qiymətləndirib və kitab haqqında təəssüratlarını bölüşüb. Bildirib ki, Naxçıvan Müəllimlər İnstitutunda magistratura səviyyəsində “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə təhsil alan Dilbər Rüstəmovanın “Kamran və Sənubər” adlı ilk qələm təcrübəsi yenə də institutumuzun fəxri tələbələrindən olan “Vətən müharibəsi” qəhrəmanı şəhid Kamran Hüseynov və Sənubər Hüseynovanın real həyat hekayələrindən bəhs edir.

Kitabda həm də qədim Naxçıvanın inciləri olan Əshabi-Kəhf və Möminə Xatun türbəsi haqqında da geniş bəhs edilib.

admin

Related Posts