Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şəhidin mövlud günü qeyd edilib – FOTO

Şəhidin mövlud günü qeyd edilib – FOTO

Birinci 24 xəbər verir ki, Culfa Rayon Mədəniyyət Sarayında rayon Mədəniyyət və Təhsil şöbələrinin birgə təşkilatçılığı ilə şəhid leytenant Dünyamalıyev Ceyhun Zeynal oğlunun mövlud günü ilə bağlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıqla döyüşüb, canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ruslan Cəfərov, Rayon Təhsil Şöbəsinin və Rayon Gömrük İdarəsinin əməkdaşları, Sosial Xidmətlər Agetliyinin Culfa Rayon Şöbəsinin əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər Culfa şəhər sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən Culfa rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ruslan Cəfərov bildirib ki, qəhrəmanımız 1996-cı il oktyabr ayının 15-də Culfa şəhərində dünyaya göz açıb. 2018-ci ildə Heydər Əliyev adına Hərbi İnstitutu bitirən Ceyhun Beyləqan rayonunda yerləşən “N” hərbi hissədə rabitəçi olaraq xidmətə başlayıb. İxtisasının sirlərinə dərindən yiyələnərək komandanlığın diqqətini çəkən igidimiz bir müddət sonra Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə qəbul edilib. Bir çox təlimlərdə iştirak edərək peşəkar hərbçi kimi yetişən leytenant Ceyhun Dünyamalıyev 2020-ci il sentyabrın 27-dən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində torpaqlarımızın azad olunması uğrunda haqq savaşına atılıb. Füzuli, Zəngilan, Cəbrayıl, Xocavənd, Qubadlı rayonlarının və Hadrut qəsəbəsinin düşmən əsarətindən qurtarılmasında mərdliklə döyüşən Ceyhun noyabrın 8-də Şuşa şəhəri uğrunda gedən döyüşdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə qəhrəman şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Tədbirin bədii hissəsində şəhidimizin həyatına həsr olunmuş videoçarx təqdim edilmiş, sonra Culfa Şəhər 3 nömrəli tam orta məktəbinin təşkil etdiyi bədii qiraət və səhnəciyə baxılmışdır.

Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq ediblər.

admin

Related Posts