Bu ilin ilk yarısında Azərbaycanda əhalisinin adambaşına düşən orta aylıq gəliri 332 manat 4 qəpik olub.
Birinci 24 xəbər verir ki, bu barədə məlumat Dövlət Statsitika Komitəsinin açıqladığı bu ilin ilk yarısı üçün açıqladığı “Ev təsərrüfatları tədqiqatının yekunları” adlı hesabatında göstərilib.
Məlumat üçün bildirək ki, Komitənin bu ilin ilk yarısı üçün açıqladığı aylıq makroiqtisadi göstəricilərdə əhalinin hər nəfərinə düşən aylıq nominal gəlirin bu göstəricidən təxminən 2 dəfə çox olduğu qeyd edilib.
Belə ki, həmin məlumatda göstərilir ki, əhalinin hər nəfərinə düşən aylıq nominal gəlir 622 manat 47 qəpik olub.