Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“İrəvan” futbolçuları maaş ala bilmədikləri üçün oyuna çıxmadıqlarını deyiblər

“İrəvan” futbolçuları maaş ala bilmədikləri üçün oyuna çıxmadıqlarını deyiblər

Onlara bu səbəbdən texniki məğlubiyyət veriləcəyi gözlənilir

Azərbaycanda futbolçular maaş ala bilmədikləri üçün oyunu boykot ediblər. Söhbət “İrəvan” klubunun oyunçularından gedir.

Futbol üzrə Azərbaycan 1-ci liqasının 4-cü turunda keçirilməli olan “İmişli” – “İrəvan” oyunu baş tutmayıb. “İrəvan” klubunun oyunçuları meydançaya çıxmayıb. Onlar indiyədək verilməyən maaşları və bonusları tələb ediblər.

Bundan əvvəl onlar məşq prosesinə də eyni səbəbdən çıxmayıblar.

Onlara bu səbəbdən texniki məğlubiyyət veriləcəyi gözlənilir.

Komanda 4 turdan sonra 10 xalla turnir cədvəlinə başçılıq edir.

Klubun mətbuat xidmətinin rəhbəri Mübariz Süleymanlı deyib ki, yayılan məlumatlar doğru deyil. Onun sözlərinə görə, futbolçular avqustun 13-dən sentyabrın 13-ə kimi bir aylıq əmək haqlarını alıblar. İkinci ayın maaşı isə oktyarın 13-ü verilib.

Editor

Related Posts