Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Birgə təlimdə silah və texnikalar sərgiləndi – Video

Birgə təlimdə silah və texnikalar sərgiləndi – Video

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə silah və texnika sərgisi nümayiş etdirilib.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, qonaqlar Azərbaycan Ordusunun arsenalında olan zirehli döyüş maşınları, müxtəlif təyinatlı hərbi texnika, pilotsuz uçuş aparatları, eləcə də digər hərbi vasitələrlə tanış olublar.

“Yüksək səviyyəli müşahidəçi günü”ndə, həmçinin Türkiyənin “ROKETSAN”, “HAVELSAN”, “ASELSAN”, “BAYKAR” və digər şirkətlərin stendləri də təqdim edilib.

Editor

Related Posts