Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda içməli suların tərkibi və keyfiyyət göstəriciləri yoxlanılır

Şərur rayon Gigiyena və Epidemiologiya Şöbəsinin əməkdaşları tərəfindən Arpaçay Su Anbarı və Şərur Şəhər Su Təmizləyici Qurğular Kompleksinin ətrafında dezinfeksiya işləri görülüb, ətraf ərazilər xüsusi məhlulla dərmanlanıb.

Bununla yanaşı içməli suların keyfiyyətinin öyrənilməsi məqsədilə Yaycı gölündən su nümunələri götürülüb, analizlər aparılıb. Analizlər nəticəsində suların pH göstəriciləri, temperaturu, bulanıqlığı, anion və kationların, eləcə də digər elementlərin miqdarı yoxlanılıb. Nəticələrə əsasən bir sıra yaşayış məntəqələrini əhatə edən içməli suyun ekoloji tələblərə uyğun olduğu müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tədbirlər planına uyğun olaraq analoji tədbirlər digər su anbarlarında da davam etdiriləcək.

admin

Related Posts